Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Texnologiyaların PR aləti olaraq istifadə olunması” mövzusunda təlim keçirilib.
Təlimi Humfrey təqaüd proqramı çərşivəsində ABŞ-ın Maryland Universitində təhsil almış Azərbaycanın tanınmış PR mütəxəssisi,Azər Nəzərov aparıb.
30 – dan artıq şirkət və qurum təmsilçisinin iştirak etdiyi təlimin əsas məqsədi Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlarda tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə ətraflı məlumatların təqdim olunmasıdır. Təlim zamanı rəqəmsal alətlərdən PR aləti olaraq istifadə, rəqəmsal PR strategiyasının hazırlanması, rəqəmsal alətlər vasitəsi ilə bazar analizinin aparılması, ödənişli vasitələrdən PR aləti olaraq istifadə, rəqəmsal fəaliyyətlərin analizi və hesabatların hazırlanmasından danışılıb.