“Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən Körfəz ölkələrinə ixrac davam edir

“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin “Bir pəncərə” İxraca Dəstək Mərkəzi üzərindən Qətərə yumurta ixracı üçün müraciəti müsbət cavablandırılıb. Qurumun müraciəti əsasında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixrac məhsulu üçün mənşə sertifikatının 1 gün ərzində əldə olunması təmin edilib.

“Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) buna qədər də bir neçə dəfə “Bir Pəncər ə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə ixrac prosesini reallaşdırıb.

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin binasında  fəaliyyət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır