Bir qrup işsiz gəncə əmək bazarına çıxışın asanlaşdırılması məqsədilə təlimlər keçirilir

Sumqayıt şəhər Məşğulluq Mərkəzində qeydiyyatda olan ali təhsilli işsiz gənclərin əmək bazarına çıxışının asanlaşdırılması, məşğulluq imkanlarının artırılması məqsədi ilə təlimlərə başlanılıb. İlk təlimə 16 nəfər gənc cəlb olunub.

Bir ay davam edəcək təlim zamanı onlara aktiv iş axtarma fəaliyyəti üçün zəruri bilik və bacarıqlar, işəgötürənlərlə əlaqələrin yaradılması və iş axtarma texnologiyaları öyrədiləcək. Onlar işəgötürənlə ilkin ünsiyyətin qurulması, özünütəqdim etmə, CV və rezüme yazılışlarının ən optimal variantları, müsahibəyə hazırlıq və s.üzrə zəruri bacarıqlar qazanacaqlar.

Belə təlimlərin digər rayon (şəhər) Məşğulluq Mərkəzlərində də davam etdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır