Sudan Birləşmiş Ərəb Əmirliklərindən 500 milyon dollar borc alıb.
Haber7-nin məlumatına əsasən, bu haqda Sudanın rəsmi informasiya agentliyi olan “Eş-Şuruk”da ölkə başçısı Ömer el-Beşirə istinadən yazılıb.
Qeyd edək ki, Ömer el-Beşir dünən verdiyi açıqlamada Abu Dabinin Sudanın 6 aylıq benzin ehtiyacını qarşılayacağını, günlük min meqavat elektrik istehsal edən günəş enerjisi stansiyasının gəlirləri ilə Sudanın paytaxtı Xartumda su təsisatının quraşdırılmasını maliyyələşdirəcəyini bildirib.