Beynəlxalq reyting agentliyi olan “Fitch Ratings” Brexit-dən sonra Birləşmiş Krallıqda (BK) yerləşən banklar üçün proqnozunu açıqlayıb.
Məlumatda bildirilir ki, ingilis banklarının gələcək vəziyyətinin neqativ istiqamətdə dəyişəcək. Bununla yanaşı bankların dövriyyəsinin böyüklüyünün mülayim neqativ şokları aradan qaldıracağı da vurğulanıb.
Agentliyin hesabatına əsasən, ölkədəki banklar çevik siyasət aparırlar amma makro iqtisadi vəziyyətdə gərginliklər mövcuddur.
“Brexit sonrası ölkədə iqtisadi qeyri-müəyyənlik güclənib. Daha yüksək inflyasiya, işsizlik, kreditə olan tələbin azalması və bu kimi amillər bankların vəziyyətini çətinləşdirəcək amillərdir”-deyə hesabatda qeyd edilir.