Birliyin Hüquq komitəsinin görüşü keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) Hüquq komitəsinin görüşü keçirilib.

BBN.az məlumatına əsasən, görüşdə “Sığorta vasitəçilərinin peşəkar davranış qaydaları” və “Sığortaçı və sığorta brokerlərində istehlakçıların şikayətlərinə baxılmasına dair təlimat” layihələrinə baxılıb. Layihələrdə sığortaçılar üçün əhəmiyyətli hesab olunan məqamlar vurğulanaraq buradakı mübahisəli məsələlərlə bağlı əlavə və dəyişiklik təklif edilib və Hüquq komitəsi tərəfindən verilmiş rəyin Birlik adından müvafiq orqana göndərilməsi qərara alınmışdır.

Xatırladaq ki, Birliyin Hüquq komitəsi “Atəşgah Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Paşa Həyat Sığorta” ASC, “AzRe Təkrarsığorta” ASC, “Qala Həyat Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AtaSığorta” ASC və “AzSığorta” ASC-nin nümayəndələrindən ibarətdir və komitə sədri “Atəşgah Sığorta” şirkətinin Hüquqi təminat şöbəsinin müdiri Səbuhi Mikayılovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır