Rəqəmsal pul vahidi Bitcoin 8% düşməsinin ardından, bu gün 14 000 səviyyəsində olub.
Bitcoinin səviyyəsi Cənubi Koreyanın rəqəmsal pul vahidləri birjalarını bağlaya biləcəyi xəbərinin ardından azalmağa başlamışdı. Kriptovalyuta bu gün 14 800 dollar səviyyəsində satılırdı.
Qeyd edək ki, Bitcoinin rekord səviyyəsi 18 dekabr tarixində, 19 511 dollar səviyyəsində olub. Kriptovalyuta həmin gündən təxminən 24% geri çəkilib.