Bitcoin 15 min dollar səviyyəsinə yüksəlib

Rəqəmsal pul vahidi bitcoin Bloomberg tərəfindən yığılan qiymətlərə görə Bazar ertəsi günü 17: 00-dən bu yana  2.9 % dəyər qazanaraq New York saatıyla 00: 00-da 15.369 dollar səviyyəsinə yüksəlib. BBN.az Bloomberg agentliyinə istinadən xəbər verir ki,  Bitcoin ötən həftə 4% dəyər qazanıb.

Bitstamp məlumatlarına görə, digər rəqəmsal  pul vahidlərindən Ripple, Bazar ertəsi günü 17: 00-dən bu yana 2.5 azalaraq 2.39 dollar səviyyəsindən əməliyyat görüb.

Qeyd edək ki, Ethereum 3,6% artaraq 1,203,51 dollar səviyyəsinə çatıb. Litecoin,  0,5% artaraq 252,22 dollar dəyər qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır