Bitcoinin qiyməti dünən 14 min və 16 min dolları keçməsinin ardından bu gün 17 min dollara qədər yüksəlib.
Beləliklə, rəqəmsal pul vahidi son 3 gündə 65% dəyər qazanıb.
Bu ayın əvvəlindən dəyəri 96% artan kriptovalyuta ilin əvvəlindən isə təxminən 900-ə qədər dəyər qazanıb.
Digər tərəfdən Bitcoinin dəyəri 17 min dolları keçməsinin ardından qısa müddət sonra 15 min 145 dollara düşüb.