Bitcoin 2016-cı ildə 107% artım əldə edib

Bu həftə 6 ayın ən güclü həftəlik yüksəlişini yaşayan Bitcoin 2016-cı ildə ümumilikdə 107% artıb.

Rəqəmsal pul vahidi olan Bicoin bu həftə 15% yüksələrək 900.40 dollar səviyyəsinə çatıb. Bloomberg-in məlumatına əsasən, 2016-cı ildə Bitcoin 107%-lik artım əldə edib.

Çinin rəqəmsal pul birjası olan Huobi analitiklərinin məlumatına əsasən, bu yüksəlişin səbəbi kapital bazarlarında etibarla fondlara tələbin artması və Trampın seçilməsindən sonra qızılın dəyərdən düşməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır