“Allianz” qlobal investorlarına görə, Bitcoinin “şarının” partlaması an məsələsidir və yaxında partlyaya bilər.
500 milyard avronu idarə edən Avropanın ən böyük sığorta şirkəti “Allianz”ın investorları hesab edir ki, Blockchain texnologiyası investorlara böyük səmərə verə bilər, amma kriptovalyutalar dəyərsizdirlər.
Şirkətin qlobal iqtisadiyyat və strategiya departamentinin rəhbəri Stefan Hofrichter bildirib ki, Bitcoinin dəyəri 0 olmalıdır. Dövlət təhvilləri, hissə sənədləri və kağız pullardan fərqli olaraq Bitcoin üzərində heç kim haqqını iddia edə bilməz.