Bitcoin gücləndi – qızıldan da baha valyuta

ABŞ-da yeni prezidentin faliyyətə başlamasından sonra maliyyə bazarlarında müşahidə edilən qeyri-müəyyənlik dollar qarşısında alternativ investisiya imkanlarının və digər valyutaların bahalaşmasına gətirib çıxarıb.

Bunların içində xüsusilə seçiləni isə Bitcoin olub. Fevral ayında dollar qarşısında 30% bahalaşan rəqəmsal valyuta hətta qızılı da ötüb.  Belə ki,  hazırda (03.03.2017 10:30) 1 bitcoin 1260 dollara satılsa da,  qızılın qiyməti isə 1232 dollardır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır