Bitcoin milyoneri sərvətinin yarısını bağışlayıb

Bitcoinə illər öncə investisiya qoyub, indi varlanan “gizli yardımsevər”lərdən biri “Pineapple Fund” üzərindən müxtəlif fondlara yardım edəcəyini bildirib.

Bitcoinin dəyərinin artması ilə 86 milyon dollar dəyərindəki rəqəmsal pulunu xərcləyəcəyini bildirən adını açıqlamayan investor bu sözləri deyib: “Bitcoinin yarandığı ilk vaxtlarda rəqəmsal pullardakı gələcəyi gördüm və onu almağa, ticarətini eləməyə başladım. İllər ərzində Bitcoinin dəyərinin artması mənə xərcləyə bilməyəcəyim qədər çox pul qazandırdı. Xərcləyə biləcəyinidən çox pulunuz olsaydı nə edərdiniz? Mən bağışlamağı seçdim”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır