“Bitcoin” müharibəsi davam edir

“İnternetin vətəndaşlığı olmayan valyutası” kimi tanınan “Bitcoin” istifadə edildikcə əsas iqtisadi hökumətlər daha da dərinləşən virtual pul bazarlarını  tənzimləməyə ehtiyac duyur. Bitcoin tərəfdarları isə öz virtual valyutalarını internetdə sərbəst şəkildə saxlamaq və hər hansı vasitələrlə məhdudlaşdırılmasını istəmir.

Belə ki, Çin hökuməti bu bazarda yaranan maliyyə riskləri ilə manipulyasiya və spekulyasiyanın qarşısını almaq üçün “Bitcoin” kimi virtual pul bazarının ticarətinə nəzarət etmək üçün yeni qaydalar tətbiq edib. Xüsusilə “Bitcoin”in Çin yuanı və ABŞ dolları kimi digər valyutalara çevrilməsini məhdudlaşdırmaqla valyuta ticarətini sərtləşdirmək istəyir.

Təxminən 500 milyon rubl dəyərində “Bitcoin” ticarəti etmək istəyən 3 adamı həbs edən və  çirkli pulların yuyulmasında virtual pulların istifadəsinin qarşısını almağa çalışan Rusiya hökuməti “Bitcoin” və buna bənzər valyutaların rubla çevrilməsini əngəlləməyə çalışır.

Qeyd edək ki, ABŞ-da beynəlxalq hüquq firması olan “K & L Gates”in nümayəndəsi Robert Crea, hökumətlərin əsas narahatlıqlarına virtual pul bazarlarında ortaya çıxan fırıldaqçılıq, çirkli pulların yuyulması, vergidən yayınma və kiber təhlükəsizlik risklərinin olmasının səbəb olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır