“Bloomberg” tərəfindən aparılan dəyərləndirmələrə görə, Bitcoin bu gün 3.9% azalaraq 7.849 dollara qədər geriləyib.
Belə ki, Bitcoin qiymətləri 7% aralığında olaraq 7.801 dollar ilə 8.349 dollar arasında dəyişib. Keçən həftə 8.4% geriləyən Bitcoin, il başından bəri 45% qədərində dəyər itirib.
Digər rəqəmsal pul vahidlərinə gəldikdə isə Ripple 0.7% artaraq 75 sentə yüksəlib. Ethereum 1.5% azalaraq 789 dollara qədər düşüb. Litecoin isə 2.1% azalaraq 144.22 dollara qədər geriləyib.