“”Bitcoin”nin bazar dəyəri “Apple”ə çatacaq”

Daha əvvəl “Bitcoin”nin 5 000 dollara qədər yüksələcəyini deyən “Standpoint Research”ün rəhbəri Ronnie Moas kriptovalyutanın bazar dəyərinin “Apple”in dəyərinə çatacağını deyib.

R.Moas deyib ki, Bitcoin”i ciddiyə almaq lazımdır. Çünki kriptovalyuta 5 il ərzində bazar dəyəri 800 milyard dollardan çox olan “Apple”in dəyərinə çatacaq.

Qeyd edək ki, hələ “Bitcoin”nin ilin əvvəlində 2 600 dollar civarında olduğu dövrdə R.Moas onun 5 000 dollar olduğunu demişdi. Hazırda kriptovalyutanın bazar dəyəri 5 700 dollar ətrafındadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır