Bundan sonra “Bitcoin Cash” və “Bitcoin” olmaqla tədavülə davam edəcək.
Buna səbəb Bitkoin virtual kriptovalyutasının 2 kriptovalyutaya bölünməsidir.
Belə ki, çinli kriptovalyuta hasilatçıları qrupunun müdaxiləsindən sonra Bitkoin virtual kriptovalyutası digər hissəsi “Bitcoin Cash” adlandırılan 2 hissəyə bölünüb.
Bölünməyə səbəb çinli maynerlərin ilkin bitkoinin yeni iş protokollarından narazı qalmasıdır.
Qeyd edək ki, bölünmədən sonra “Bitcoin Cash” 146,37 dollara, “Bitcoin” isə 2 729 dollara satılmağa başlayıb.