10 aprel tarixində saat 10:00-da “Tibbi Turizm” üzrə Alman-Azərbaycan Biznes Forumu keçiriləcək. BBN.az Xarici Ticarət Palatasına istinadən xəbər verir ki, Biznes Forum Berlin şəhərinin kardiologiya, neyrocərrahiyyə və onkologiya üzrə ixtisaslaşan klinikaların nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar olaraq “Berlin Biznes və Texnologiya tərəfdaşı“ GmbH ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.
Tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək və Alman klinikaları, tibb müəssisələri və onların Azərbaycanlı tərəfdaşlarına səhiyyədə rəqəmsal texnologiyaların tətbiqi və eləcə də tibbi turizm üzrə layihə və təkliflərini təqdim etməkdir.
Forum zamanı yeni biznes imkanları əldə edə, yeni layihələr tanıya və Alman-Azərbaycan sıx əməkdaşlığının bir hissəsi olaraq şəbəkənizi genişləndirə bilərsiniz.
Tədbir ingilis dilində keçiriləcək və Azərbaycan dilinə tərcümə olunacaq.
Qeyd edək ki, ətraflı məlumat almaq üçün keçidə daxil ola bilərsiniz.