Biznes islahatları üzrə Tədbirlər planı təsdiqlənib

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər planı biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı komissiyanın fəaliyyətinin əsas tərkib hissəsidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə bildirib ki, bu Sərəncam ölkəmizin biznes mühitinin inkişafı və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasını təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır