BlackRock Bitcoini maliyyə aktivi kimi görmür

Avstraliyada aktiv strategiyalar üzrə portfel idarəçisi  Ron Montgomeriyə görə, “BlackRock” şirkəti  Bitcoini maliyyə aktivi kimi görmür.

BBN.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Motgomery Sidneydəki çıxışı zamanı Bitcoinin arxasındakı Blokçeyn infrastrukturuna maraq göstərdiyini deyib.

Hong Kongda təşkil edilən mətbuat konfransında isə, Asiya -Sakit okean regionu üzrə  aktiv investisiya vahidinin müdiri Belinda Boa, Bitcoinin çox sürətli dəyişdiyini və “BlackRock”un gələcəkdə daha çox dəyişkənlik gözlədiyini bildirib.

Boanın sözlərinə görə, “BlackRock”un fikrincə Bitcoinin qiymətləndirilməsi şara bənzəyir.

Qeyd edək ki, BlackRock mərkəzi Nyu York şəhərində yerləşən investisiya və risk menecmenti ilə məşğul olan beynəlxalq təşkilatdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır