“BlackRock” FED-in 3 dəfə faiz artımına gedəcəyini gözləyir

“BlackRock” gələn il Federal Ehtiyatlar Sisteminin (FED) üç dəfə faiz artımına getməsini proqnozlaşdırır.

“BlackRock”un Asiya Pasifik Sabit Gəlirlər Qrupu Başçısı Gregor Carle, firmanın 2018-ci ildə FED-in faiz dərəcələrini üç dəfə yüksəltməsini gözlədiyini və mərkəzi bank siyasətlərinin fərqli istiqamətlərdə irəliləməsini gözlədiyini qeyd edib.

Carle həmçinin, “BlackRock”un Çinin dollar əsaslı istiqrazlarını müsbət qiymətləndirdiyini, həmçinin, İndoneziyanın yüksək faizli istiqrazlarında da bu fürsətlərin olduğunu bildirib.

Qeyd edək ki, O, Hindistanda faiz dərəcəsinin azaldılması potensialının mövcudluğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır