14 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşlərdə tərəflər arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
ISESCO-nun baş direktoru ilə keçirilən görüş zamanı Dövlət Agentliyi ilə ISESCO arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası istiqamətində fikir mübadiləsi aparılıb. Dövlət Agentliyinin sədri “ASAN xidmət” modelinin ISESCO-ya üzv dövlətlərdə tətbiqi istiqamətində fəaliyyətin davam etdirildiyini və artıq bununla bağlı bir sıra ölkələrlə Anlaşma Memorandumlarının imzalandığını qeyd edib.
ISESCO-nun baş direktoru bu istiqamətdə əməkdaşlığın uğurla həyata keçirilməsinə tərəflərin hazır olmasını müsbət hal kimi diqqətə çatdırıb.