“BMW Group” II rüb üzrə maliyyə və satış məlumatlarını açıqlayıb. Belə ki, şirkət həcmlər, gəlirlər və qazanclar baxımından yüksəlib. Bu performansa, yeni “BMW 5 Series”in böyük qatqısı olub.
Şirkətin gəlirləri aprel-iyun ayları ərzində keçən ilin müvafiq dövrü ilə müqyisədə 3.1% arataraq 25.8 milyard avro təşkil edib. Faiz və vergidən əvvəl mənfəəti isə 7.5% artaraq 2.92 milyard avro olub.
Qeyd edək ki,”BMW Group”un xalis mənfəəti II rübdə 13.6% yüksələrək 2.2 milyard avroya çatıb.