“BOKT Embafinans” MMC 2016-cı il üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, ötən il bank olmayan kredit təşkilatının aktivləri hesabat dövründən əvvəlki illə müqayisədə 5.56 % azalaraq 21 mln.959 min 79 manat təşkil edib.
2016-cı ildə şirkətin öhdəlikləri 9 mln. 81 min 623 manat, cəmi kapitalı isə 12 mln. 877 min 456 manat olub. Bu isə 2015-ci illə müqayisədə müvafiq olaraq 20.7 % az və 9.13% çoxdur.
“BOKT Embafinans” MMC-nin 2016 cı il üzrə faiz gəliri4 mln. 692 min 960 manat, faiz xərci isə 936 min 224 manat təşkil edib.
Qeyd edək ki, şirkət ötən ili 1 mln. 77 min 452 manat mənfəətlə başa vurub. Bu isə 2015-ci illə müqayisədə 16 dəfə çoxdur.