Bank of Baku müştəri məmnuniyyəti və rahatlığı üçün növbəti yeniliyə imza atıb. Belə ki, Bank Bolkart debet və əmək haqqı kart müştərilərinə illik 5% gəlir əldə etmələrinə imkan yaradır.
Tətbiq edilən bu yenilik sayəsində müştərilər, Bankda əmanət hesabı açmadan gündəlik olaraq əlavə gəlir qazana biləcəklər. Əmanət hesabından fərqli olaraq, bu kart sahibləri balanslarındakı vəsaiti istədikləri an heç bir komissiya tutulmadan nağdlaşdıra və ya hesablarından çıxara bilərlər.
İllik 5% gəlir qazanmaq üçün, Bolkart debet və Bank of Baku-nun əmək haqqı kart sahiblərinin balansında minimum 100 AZN vəsaitin olması kifayətdir. Əlavə faiz balansdakı qalıq məbləğin üzərinə gündəlik olaraq gəlir. Bu xidmət, hələ ki, AZN valyutasında olan kartlara şamil olunur. Cari Bolkart sahibləri artıq bu üstünlükdən faydalana bilər.