Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 27 mlrd. dollarından çox investisiya yatırıb

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın Britaniya tərəfdən həmsədri Baronessa Rona Ferhed ilə görüşüb.

Görüşdə ölkələr arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Görüşdə nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycana yatırılan investisiyaların həcminə görə Böyük Britaniya ilk yerdədir. İndiyədək Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 27 mlrd. ABŞ dollarından çox investisiya qoyulub.

Azərbaycanın qeyri-neft sektoru sahəsində Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən nazir Şahin Mustafayev Baronessa Rona Ferhedin Bakıya səfərinin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, əməkdaşlığın genişləndirilıməsi istiqamətləri barədə fikirlərini bildirib.

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın Britaniya tərəfdən həmsədri Baronessa Rona Ferhed Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin önəmini vurğulayıb, bir sıra sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır