“S&P Global Ratings” tərəfindən tərtib edilən hesabatda qeyd olunan hesablamalara görə, Böyük Britaniya “Brexit” referendumundan sonra hər rübdə həyata keçirdiyi iqtisadi fəaliyyətlərdə 6.6 milyard funt-sterlinq geri düşüb.
Hesabata istinadən, dünyanın beşinci ən böyük iqtisadiyyatına malik Böyük Britaniya 2016-cı ildə “Brexit” prosesini başlatmasa 2018-ci ildə ölkə iqtisadiyyatı olduğundan 3% daha böyük ola bilərdi. Rüblük artım isə 0.43% əvəzinə 0.7% ola bilərdi.
Qeyd edək ki, bundan əlavə, referendumdan bu yana Britaniya funt-sterlinqi 18% dəyər itirib.