Razılaşmasız “Brexit” Böyük Britaniya üçün sosial və iqtisadi cəhətdən katastrofik nəticə verə bilər. Bu barədə, Britaniyanın bankçılıq sektorunun liderlərindən olan Stephen Jones açıqlama verib.
Stephen Jones bildirib ki, tərəflər arasında gələcək qarşılıqlı əlaqələr tənzimlənmədən Britaniyanın Avropa Birliyindən çıxması ölkəni 1930-cu illərin iqtisadi krizisinə qaytaracaq, işsizlik artacaq, ev təsərrüfatları banklara olan borclarını ödəyə bilməyəcəklər. Beləliklə banklarla yanaşı, sadə vətəndaşlar da bu qərarın nəticələrindən əziyyət çəkəcəklər.
Qeyd edək ki, 29 mart 2017-ci il tarixində baş nazir Theresa May tərəfindən başladılan “Brexit” prosesi cari ilin 29 mart tarixində yekunlaşacaq.