Böyük Britaniya mərkəzli British Petroleum (BP) şirkətinin son iki ildə ən çox investisiya qoyduğu ölkə Misirdir. Bu barədə açıqlama verən şirkətin baş icraçı direktoru Bob Dudley 2019-cu ildə Misirə 1.8 milyard dollarlıq yatırım ediləcəyini də vurğulayıb.
“Hal-hazırda Misirdə həyata keçirilən əməliyyatların həcmi çox böyükdür”-deyə qeyd edən Bob Dudley Süveyş körfəzində son 5 ildə aparılan neft-qaz hasilatının əhəmiyyətini də vurğulayıb.