BP sosial layihələrə 2,4 milyon dollar xərcləyib

Ötən 25 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçirib.

BBN.az xəbər verir ki, 2017-ci ildə BP və tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə təqribən 2,4 milyon dollar xərcləyiblər.

Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır