Braziliyanın inşaat firması Odebrecht və petrokimya şirkəti Braskem 3,5 milyard dollar cəza ödəməyi qəbul edib.
Firmalar bir çox ölkədə səlahiyyətli şəxslərə rüşvət vermələri ilə bağlı iddianı qəbul edərək 3,5 milyard dollar ödəməyə razı olublar.
Məlumata əsasən, firmalar Peru, Panama, Anqola kimi ölkələr də daxil olmaqla dünya üzrə 100 layihə üçün ümumilikdə 788 milyon dollar rüşvət ödəyib.