Braziliyanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılıb

Noyabrın 13-də İqtisadiyyat naziri Şahin Mustafayev Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarla görüşüb.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Braziliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət və investisiya əməkdaşlığı sahəsində imzalanmış anlaşma memorandumları, 2017-ci ildə yaradılmış Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiyalar üzrə Birgə İşçi Qrupu iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Görüşdə ölkəmizə səfəri gözlənilən Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunesin səfər zamanı iqtisadiyyat naziri Şahin Mustafayevlə Azərbaycan-Braziliya ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərini müzakirə etmək istəyini diqqətə çatdırılıb və müzakirə olunacaq məsələlərə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır