Britaniya Standartlar İnstitutunun sertifikatları təqdim olunub

İqitsadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Qida Məhsullarının istehsalçılarına və təchizatçılarına olan tələblər” mövzusunda keçirilən təlimin iştirakçılarının mükafatlandırma mərasimi olub.

Təlimdə uğurla iştirak edən 30 nəfərə Londonda, çap olunmuş hər biri özünə məxsus identik nömrəyə malik Britaniya Standartlar İnstitutunun beynəlxalq sertifikatları təqdim edilib.

Mərasimdə çıxış edən İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bu sahədə fəaliyyət göstərən iştirakçılar təlimdə həm dünya bazarlarının standartlarına aid məlumatlar əldə ediblər, həm də beynəlxalq sertifikata malik olublar.

6-7 apreldə keçirilən təlimin ekspert təminatı 115 illik tarixə malik olan idarəetmə sistemləri üzrə standartlarının yaradıcısı,  sertifikatlaşdırma təşkilatı olan Britaniya Standartlar İnstitutu (BSİ)  və bu İnstitutun Xəzəryanı ölkələr üzrə tam səlahiyyətli nümayəndəsi “AQS Group” şirkəti tərəfindən həyata keçirilib. Təlimi Britaniya Standartlar İnstitutunun beynəlxalq auditoru və eksperti Mahmud Albekov aparıb.

Təlimdə iştirak edən qida məhsullarının istehsalçıları və təchizatçılarına dünya bazarında qida məhsullarına aid əsas prinsiplərdən, qida məhsullarının Avropa İttifaqına ixracını tənzimləyən qanun və direktivlər haqqında məlumatlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır