Azərbaycan neftini Türkiyə vasitəsilə dünya bazarlarına çatdıran Bakı-Tiflis-Ceyhan (BTC) boru xəttinin Ceyhandakı dəniz terminalından 2006-cı ildən indiyə yüklənən xam neft sentyabr ayının sonunda 2 milyard 577 milyon 923 min barelə çatıb. Bu haqda Bloomberg məlumat yayıb.
“Yüz ilin enerji layihəsi” adlanan bu boru xətti vasitəsilə ən çox yükləmə 2010-cu ildə 286 milyon 214 min barel, ən aşağı yükləmə isə 57 milyon 78 min barellə 2006-cı ildə həyata keçirilib.