2017-ci ilin avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 484 min 700 ton Azərbaycan nefti nəql olunub.Cari ilin yanvar- avqust aylarında bu kəmərlə 18 milyon 62 min 280 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 339 milyon 600 min 342 ton neft vurulub.
Qeyd edək ki, 2017-ci ilin avqust ayında BTC kəməri ilə 549 min 434 ton Türkmənistan nefti nəql olunub.