Yanvar-oktyabr aylarında magistral neft kəmərləri ilə 35584,5 min ton neft nəql edilib.
BBN.az saytının Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 78,8 %-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.
Hesabat dövründə bu kəmər vasitəsilə 28049,3 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 5351,7 min ton tranzit nefti də nəql edilib.