Bu azərbaycanlı “Forbes”in “ən gənc ixtiraçı”lar siyahısına düşüb

Reyhan Camalova öz layihəsi ilə “Forbes”in 2018-ci il üçün “ən gənc ixtiraçı”lar siyahısına düşüb.

Qeyd edək ki, Reyhan Camalova “Rainergy” startapının təsisçisidir. Bu qurğu yağış suyundan enerji istehsalını nəzərdə tutur.

Reyhan Camalova “ClimateLaunchpad Azerbaijan” proqramının məzunudur. O, həmçinin “ASAN xidmət”in İdeya müvəkkilidir.

Xatırladaq ki, İvanka Trump “Qlobal Sahibkarlıq Sammiti”ndə R.Camalovanın adını çəkib, onun ixtirasından bəhs edib və təşəkkür edib.

Jurnalla keçid vasitəsi ilə tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır