Bu bankın 1-ci rüb üzrə aktivləri 21% artıb

Bank “BTB” ASC 2018-ci ilin 1-ci rübünə aid maliyyə göstəricilərini açıqlayıb.

BBN.az xəbər verir ki, bankın aktivləri 290269.7 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artım deməkdir. Bankın kredit portfelində eyni dövr ərzində 24% artım var.

Rübün nəticələrinə əsasən Bankda depozit portfelinin həcmi isə 66076.37 min manat təşkil edib ki, ötən  ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 31% çoxdur.

Bank mənfəət və zərər hesabatını da açıqlayıb. Hesabat dövründə Bank “BTB” 298.36 min mənfəət əldə edib.

Qeyd edək ki, Bank “BTB” ASC -in məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verərək 54057.43 min manat təşkil edir, nizamnamə kapitalı isə 66450 min  manat təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır