Bu bank ikinci rübü mənfəətlə başa vurub

“Unibank” KB ASC 2018-ci ilin ikinci rübünü də müsbət göstəricilərlə başa vurub. Bank, 2018-ci ilin ikinci rübünü 15 milyon manata yaxın mənfəətlə yekunlaşdırıb. Hazırda bankın məcmu kapitalı 79 milyona çatıb.

İlin əvvəlindən bu yana banka qoyulan depozitlərin həcmi artıb. Hazırda bankın depozit portfeli 246 milyon manatı keçib.

Ölkədə nağdsız ödənişlərin dövriyyəsnin artmasına yüksək töhfə verən bank, ikinci rüb ərzində də debet kartlarının satışında ciddi artım əldə edib. Ötən ilin sonu ilə müqayisədə debet kartların sayı 11% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır