Bank Avrasiya Çağrı Mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib.
Namizədlər üçün irəli sürülən tələblər:
- İqtisadiyyat üzrə ali təhsil
- Bu sahədə ən azı 1 il iş stajı
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
- İngilis dilini yaxşı səviyyədə bilmək
- MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
- Səlis nitqlə danışıq qabiliyyəti
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
İşin təsviri:
- Məlumat mərkəzinə daxil olan zəngləri cavablandırmaq;
- Bütün bank məhsulları və xidmətləri barədə müştərilərə telefonla ətraflı məlumat vermək;
- Bank xidmət və məhsulları ilə problemləri olan müştərilərin müraciətlərindəki problemlərin həllində səlahiyyəti çərçivəsində yardımçı olmaq;
- Rəhbərliyə lazımi məlumatların hazırlayıb təhvil vermək.