“Bank VTB” (Azərbaycan) cari hesabdakı vəsaitlərə faiz hesablayır. Belə ki, Azərbaycan bazarı üçün tamamilə yeni və Rusiyada kifayət qədər populyar olan məhsul bu məhsul, cari hesabdakı orta aylıq qalıqdır.
Bu barədə məlumatı “Bank VTB” (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi idarəsinin rəisi Samir Musayev öz müsahibəsində qeyd edib.
Bu məhsul hesabdakı orta aylıq qalığa faizlərin hesablanmasını nəzərdə tutur. Beləliklə, biznesinizin pulu sadəcə hesabda “yatmır”, o, həmçinin əlavə gəlir əldə etməyə imkan verir. Orta aylıq qalıq məhsulu üzrə faiz dərəcəsi şərtlərdən asılı olaraq illik 4%-ə çata bilər.
Qeyd edək ki, məhsul həm milli valyutada hesabı olan müştərilər üçün, həm də dollar və ya rublda hesabı olanlar üçün çox əlverişlidir. Belə növ məhsul Rusiyanın bir çox banklarında mövcuddur. Azərbaycanda isə onu ilk “Bank VTB” (Azərbaycan) tətbiq edib.