Bu bank daha sərfəli şərtlərlə ipoteka verir

Expressbank şəxsi mənzil arzusunda olan hər kəs üçün Azərbaycan İpoteka Fondunun dəstəyi ilə ayrılmış ipoteka kreditlərinin verilməsi şərtlərini daha da asanlaşdırdıb. Artıq yeni mənzilin alınması üçün tələb olunan ilkin ödənişin həcmi 20-25%-ə endirilib.

Xatırladaq ki, ipoteka kreditləri milli valyutada, daşınmaz əmlak girov qoyulmaqla, 3 ildən 25 ilədək müddətə, illik 8% olmaqla verilir. Daşınmaz əmlakın dəyəri müstəqil qiymətləndirmə şirkətləri tərəfindən müəyyən olunur. İpotekanın məbləği üzrə maksimal məbləğ 100 000 AZN təşkil edir.

Online müraciət üçün bu linkdən istifadə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır