Bu bank işçi axtarır – VAKANSİYA

“Rabitəbank” ASC “Biznes proseslərinin idarə edilməsi” şöbəsinin rəisi/ baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib.

Namizədə olan tələblər:

  • Ali təhsilli;
  • Biznes proseslərinin idarə edilməsi sahəsində və yaxud bankda daxili audit, risk və nəzarət strukturlarında azı 3 illik iş təcrübəsi;
  • Bank fəaliyyətini tənzimləyən qanunvericiliklə tanış olması;
  • Rəhbərlik və idarəetmə bacarığı;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Yüksək kommunikasiya və yazılı ünsiyyət qabiliyyəti;
  • Normativ xarakterli sənədlərin (prosedurların, qaydaların, təlimatların və s.) peşəkar yazılması bacarığı;
  • Analitik düşüncəyə malik olması;
  • Yüksək öyrənmə qabiliyyəti;
  • Azərbaycan dilini səlis bilməsi, ingilis və ya rus dillərini yüksək səviyyədə bilməsi;
  • MS Word, Excel, Visio proqramlarında yüksək səviyyədə işləmə bacarığı.

Əsas vəzifələri:

  • Biznes proseslərinin müəyyən edilməsi və ya onların optimallaşdırılması;
  • Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes prosesləri üzrə metodologiyanın (normativ sənədlər, texniki tapşırıqlar və s.) hazırlanması;
  • Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E – mail: career@rabitabank.com

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır