Bu bank kreditləşmə şərtlərini dəyişir

“AFB Bank” ASC müvəqqəti olaraq müştərilərə kredit verilməsini dayandırıb. Bu barədə bankdan bildirilib.

Məlumata görə, kreditləşmənin dayandırılması şərtlərə, əsasən də illik faiz dərəcələrinə yenidən baxılması ilə bağlıdır.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 mln. manatdır. Səhmlərin 99,64%-i “Gilan” MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu “Gilan Holding” MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

Mənbə: report.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır