Bu bank ölkə daxilində manat köçürməsini cəmi 1 AZN-ə göndərir

Bank VTB (Azərbaycan) öz müştərilərinə Zolotaya Korona təcili pul köçürmə sistemi vasitəsi ilə ölkə daxilinə pul köçürmələrini milli valyutada çox sərfəli şərtlərlə reallaşdırmağa imkan verir.

Ölkə daxilində köçürmə 300 manatadək olduqda xidmət üzrə ödəniş 1 manat təşkil edir. Köçürülən məbləğ 300 manatdan çox olduqda xidmət haqqı yenə də çox sərfəlidir – köçürülən məbləğin cəmi 0,3%-i (15 manatdan çox olmamaqla) təşkil edir.

Köçürmə bir neçə dəqiqə ərzində həyata keçirilir. Beləliklə, bankın bütün müştəriləri pul vəsaitlərini Azərbaycan Respublikası ərazisində onlar üçün rahat olan istənilən Zolotaya Korona ödəmə məntəqəsindən ala bilər.

 

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank baş ofis yanında Müştəri xidmətləri İdarəsi də daxil olmaqla 15  filial ilə təmsil olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır