TuranBank Polşanın SP Fondunun və AMFA-nın əməkdaşlarının iştirakı ilə özünün SPI4 (sosial fəaliyyət indeksi) qiymətləndirilməsini aparmaq üçün Sosial Audit keçirmişdir. Bu zaman Bankın öz müştərilərinə, işçilərinə, cəmiyyətə və həmçinin ətraf mühitə qarşı nə dərəcədə sosial məsuliyyətli olması aydınlaşdırılmış, Bankın “Korporativ Sosial Məsuliyyət”, “Biznes etika” üzrə və digər istiqamətlərdə mövcud siyasət və qaydalarına nə dərəcədə əməl edilməsi yoxlanılmışdır. Qiymətləndirmənin nəticələri əsasında Bank üçün fəaliyyət planınının hazırlanması nəzərdə tutulmuşdur.
Adı çəkilən layihənin əsas məqsədi Bankın sosial fəaliyyətini qabaqcıl təcrübələrin tətbiqi ilə inkişaf etdirməkdir.
Məlumat üçün qeyd edək ki, The Microfinance Centre (MFC) tərəfindən Polşada əsası qoyulan SP Fond əsasən sosial fəaliyyətin idarə olunması üzrə universal standartların inteqrasiyasının təşviqi ilə məşğuldur. Fondun məqsədi maliyyə qurumlarına sosial fəaliyyətin daha təkmil idarə edilməsinə nail olmaq üçün xidmətlər göstərməkdir.