Yeni il ərəfəsində VTB (Azərbaycan) “Yeni il hədiyyəsi” adlı aksiyaya start verir. Aksiya çərçivəsində bank müştərilərinə pərakəndə məhsullar üzrə endirim və bonuslar hədiyyə edəcək. Aksiya 1 dekabr 2016-cı ildə başlayır və 31 yanvar 2017-ci ildə başa çatır.
Bu müddət ərzində fərdi bank seyflərini icarəyə götürən müştərilər əhəmiyyətli endirim əldə edəcək. Belə ki, seyflərin ölçüsü və icarə müddətindən asılı olaraq endirim 50%-dən çox olacaq. İcarənin maksimal müddəti 12 aydır.
Manatla depozit açan müştərilər bankın mövcud faiz dərəcələrinə əlavə +1% əldə edəcək. Milli valyutada olan depozit üzrə illik faiz dərəcəsi müddətdən və faizlərin ödənişinin şərtlərindən asılı olaraq 18%-dək artacaq.
Yeni il aksiyası dövründə bank “Depozit girovlu kredit” məhsulu üzrə də yeni şərtlər təklif edir. Kreditin faiz dərəcəsi depozit müqaviləsinin illik faizinin +2% təşkil edir. Qeyd edək ki, standart şərtlərə əsasən, kreditin faiz dərəcəsi depozitin illik faiz dərəcəsinə +4% təşkil edir.
“Zolotaya Korona”, “Blizko”, “Contact”, “Monex” pulköçürmə sistemləri vasitəsi ilə 1000 manatdan (və ya valyuta ekvivalenti) artıq pul vəsaiti göndərən və alan müştərilərə bank 1 il müddətinə pulsuz Visa Classic (və ya Visa Electron) debet plastik kartı hədiyyə edəcək.
“Paket sığorta” məhsulu çərçivəsində ”KASKO” sığorta paketi alan müştərilər hədiyyə olaraq 1 illik Visa Gold debet kartı qazanacaq.
Daha ətraflı məlumatı 24 saat xidmət göstərən 986 nömrəli Çağrı Mərkəzindən almaq mümkündür.