Bu bankın kreditorlarının tələblərinin qeydə alınması başa çatıb

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1 (81)-3619/16 saylı qərarı ilə ”Kredobank” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılıb.

Ləğvedici tərəfindən Müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə 07 sentyabr 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində və digər KİV-lərdə, 07 sentyabr 2016-cı il tarixdə Vergilər qəzetinin 35 (346) saylı buraxılışında elan yerləşdirilib.

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan “Kredobank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 07 sentyabr  2016-cı il tarixdən başlanılıb və 07 noyabr 2016-cı il tarixində başa çatdırılıb. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır