Bu il ƏƏSMN-nin elektron xidmətlərinə 7 milyondan çox müraciət olub

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30-a yaxın elektron xidmət fəaliyyət göstərir ki, təkcə ötən ay bu e-xidmətlərə  keçən ilin sentyabr ayı ilə müqayisədə 20.7% çox olmaqla 520 205 müraciət qeydə alınıb.

Nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti yenə də nazirliyin ən çox istifadə olunan e-xidməti olub.  Sentyabr ayında bu e-xidmətə  212 161 dəfə müraciət edilib. Eləcə də əhali “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə 32 904 dəfə, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətinə isə 29 362 dəfə müraciət edib.

Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə  7 milyon 6 min 738 müraciət qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır