Bu il əsas kapitala 10 mlrd. manata yaxın vəsait yönəldilib

2017-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9868.5 milyon manat və ya əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0.1% çox vəsait yönəldilib.

Vəsaitin 5969.9 milyon manatı neft sektoruna, 3898.6 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72.9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 78.7%-i məhsul istehsalı obyektlərinin, 16.0%-i xidmət sahələri üzrə obyektlərin, 5.3%-i isə ümumi sahəsi 1117.2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39.0%-i təşkil edib.

Qeyd edək ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 69.8%, bank kreditləri 11.8%, büdcə vəsaitləri 11.8%, əhalinin şəxsi vəsaitləri 4.5%, büdcədənkənar fondların vəsaitləri 1.4%, digər vəsaitlər isə 0.7% təşkil edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır